
"Rayo Valyekano"nun müdafiəçisi Pep Çavarriya karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, arxa xətt oyunçusu "Çelsi" ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Mənbə 28 yaşlı futbolçunun bu gün "zadəganlar"ın "sükanı arxası"na keçən Xabi Alonsonun rəhbərliyi altında oynamağı arzuladığını vurğulayıb.
"Fiqerras"ın yetirməsi olan Çavarriya 2022-ci ildən "Rayo Valyekano"nun formasını geyinir. Sözügedən futbolçu o vaxtdan bəri "arılar"ın forması ilə 127 rəsmi matça çıxaraq 2 qol vurub.
Toğrul