
"Barselona"nın gənc ulduzu Lamin Yamal, "Atletiko Madrid"in hücumçusu Xulian Alvarezin Kataloniya klubuna mümkün transferi barədə çox danışılacaq açıqlama verib.
Fanat.Az "Diario AS" nəşrinə istinadən xəbər verir ki, Yamal argentinalı forvardı komandada görmək istədiyini gizlətməyib.
Gənc ulduz müsahibəsində: "Ümid edirəm ki, o, Barselonaya gələr... Onu burada qollarımızı açaraq qarşılayacağıq.
Əgər onun yerində olsaydım, heç düşünmədən bura gələrdim, çünki bura dünyanın ən yaxşı klubudur" ifadələrini işlədib.