
İspaniya yığmasının sabiq yarımmüdafiəçi Santi Kasorla peşəkar futbolçu karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, "buğalar"la 2 dəfə Avropa çempionu olmuş (2008 və 2012) 41 yaşlı Santi butslarını mıxdan asdığını sosial şəbəkə hesabında açıqlayıb.
Karyerası ərzində ölkəsinin "Vilyarreal", "Malaqa", İngiltərənin "Arsenal" və Qətərin "Əl-Sədd" klublarının da formasını geyinən Kasorla 2023-cü ildən yetirməsi olduğu "Ovyedo"da top qovurdu. Sözügedən oyunçu klub səviyyəsində 774 matça çıxaraq 144 qol və 156 məhsuldar ötürmə ilə yadda qalıb. O, İspaniya yığmasının heyətində meydana çıxdığı 81 görüşdə 15 qol və 11 assistlə diqqət çəkib.
Toğrul