
Yeni mövsümün hazırlıqlarına start verən "Qalatasaray"ın keçirəcəyi yoxlama oyunlarının qrafiki və rəqibləri açıqlanıb.
Fanat.Az xəbər verir ki, "sarı-qırmızılılar" təlim-məşq toplanışı çərçivəsində İtaliya A Seriyasının yeni təmsilçiləri "Monza" və "Venezia", həmçinin İspaniyanın köklü klubu "Vilyareal" ilə qarşılaşacaq.
Avstriyanın Vindişqarsten bölgəsində 23-29 iyul tarixlərində düşərgə salacaq İstanbul təmsilçisi, iyulun 24-də "Monza", iyulun 27-də isə "Venezia" ilə qüvvəsini sınayacaq.
Avstriya toplanışından sonra İstanbula qayıdacaq komanda hazırlıq dövrünün üçüncü və ən ciddi sınağına avqustun 8-də "RAMS Park" stadionunda "Villarreal" qarşısında çıxacaq.