
İngiltərənin "Mançester Yunayted" klubu "Barselona"nın müdafiəçisi Jül Kundeni transfer etmək şansı qazanıb.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi fransalı futbolçu üçün 50 milyon funt-sterlinqdən çox tələb edir.
"TEAMtalk"un məlumata görə, həftəlik maaşı 200 min funt-sterlinqi keçən müdafiəçinin keçidi üçün danışıqlar başlaya bilər.
Bununla belə, "qırmızı şeytanlar" hazırda əsas diqqətlərini yarımmüdafiə xəttini və yeni sol cinah müdafiəçisini gücləndirməyə yönəldiblər. Qeyd edək ki, Kunde müasir dövrün ən çox yönlü müdafiəçilərindən hesab olunur.