
İtaliyanın "Yuventus" klubu heyətindəki ulduz oyunçuları aktiv şəkildə satışa çıxarmasa da, uyğun təklif qarşılığında onlarla yollarını ayırmağa hazırdır.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, Turin təmsilçisi Kefren Türam üçün 50 milyon avro, Qleyson Bremer üçün isə 45 milyon avro tələb edir.
Klub rəhbərliyi bu məbləğlər daxilində danışıqlara açıq olduğunu bildirib.
Transfer bazarındakı bu hərəkətlənmə digər klubların da diqqətini çəkir.