
İngiltərənin "Nyukasl Yunayted" klubu yay transfer pəncərəsində heyətini ciddi şəkildə gücləndirmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, "sağsağanlar" "Bayer Leverkuzen"in 19 yaşlı istedadı Kristian Kofane üçün rəsmi təmaslara başlayıb.
Debüt mövsümündə 7 qol və 9 məhsuldar ötürmə ilə diqqətləri üzərinə çəkən hücumçu üçün "Arsenal" da dövrədədir.
Leverkuzen təmsilçisi ulduzunu asanlıqla buraxmaq istəməsə də, 70 milyon avroluq təklifin bu transferi bitirəcəyi gözlənilir.