
Premyer Liqa təmsilçisi "Tottenhem" yay transfer pəncərəsində böyük səs-küyə səbəb olacaq addım atmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, London klubu "Milan"ın portuqaliyalı ulduz hücumçusu Rafael Leaunun transferi üçün hərəkətə keçib.
Futbolçunun özünün də İngiltərəyə köçməyə müsbət yanaşmasının ardından rəhbərlik onun nümayəndələri ilə ilkin danışıqlara başlayıb.
Hazırda "Arsenal", "Mançester Yunayted" və "Barselona"nın da vəziyyəti yaxından izlədiyi bildirilir. İtaliya təmsilçisi "Milan"ın isə ulduz futbolçu üçün təxminən 60 milyon avro qarşılığında satışa yaşıl işıq yandıracağı iddia olunur.