"Beşiktaş" yeni qapıçısını tapdı

"Beşiktaş" yeni qapıçısını tapdı

Yeni mövsümün transfer çalışmalarını sürətləndirən "Beşiktaş" qapı xəttini gücləndirir.

Fanat.Az xəbər verir ki, "ağ-qaralar" "Rayo Valyekano"nun qapıçısı Auqusto Batalla ilə bütün detallarda tam razılıq əldə edib.

Tanınmış insayder Ertan Süzgünün verdiyi məlumata görə, Batalla komandada Aleksander Nübelin alternativi olaraq siyahıya alınıb.

Rəsmi müqavilənin yaxın günlərdə imzalanması gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər