
İspaniya nəhəngi "Real Madrid"in uzun illərdir gizli şəkildə yürütdüyü transfer planının detalları Avropa mətbuatına sızıb.
Fanat.Az xəbər verir ki, söhbət dünyanın ən güclü və məhsuldar mərkəz hücumçularından biri olan Erlinq Holanndan gedir.
İspaniyanın nüfuzlu "Diario AS" nəşrinin yaydığı məlumata görə, "Real Madrid" norveçli qol maşınını hələ onun Norveçdə 16 yaşında parladığı ilk dövrlərdən bəri addım-addım izləyir. Madrid təmsilçisinin skautları ulduz futbolçunu karyerasının başlanğıcından bəri radarda saxlayıblar.
Ən maraqlı məqam isə norveçli hücumçuya yaxın olan şəxslərin verdiyi açıqlamalardır. Halannın yaxın ətrafı onun Madrid nəhənginə keçəcəyinə tam əmindirlər. Onların sözlərinə görə, bu transferin reallaşması üçün "Halann 'Real'a keçəcəkmi?" sualı artıq aktual deyil, əsas sual "Halann nə vaxt 'Real'a keçəcək?" formasındadır.
Kamil Xudiyev