
İspaniya nəhəngi "Barselona"da yay transfer pəncərəsi dövründə komandanın əsas ulduzlarından birinin gələcəyi ilə bağlı şok qərar qəbul edilib.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisində uzun müddətdir satılması qeyri-mümkün hesab olunan niderlandlı yarımmüdafiəçi Frenki de Yonqun komandadan göndərilməsi variantı rəsmi olaraq masaya gəlib.
Baş məşqçi Hansi Flikin rəhbərliyi altında komandanın gənc istedadları Qavi və Mark Bernalın heyətdə daha böyük rollar almaq üçün göstərdiyi ciddi təzyiq rəhbərliyin planlarını dəyişib.
Bu iki gənc oyunçunun yüksələn performansı fonunda "Barselona" rəhbərliyi bu yay De Yonqu satmaq məcburiyyətində qala bilər.
Kamil Xudiyev