
Yeni mövsümdə həm daxili çempionatda, həm də Avropa arenasında böyük uğurlar hədəfləyən "Qalatasaray" yarımmüdafiə xəttini gücləndirmək üçün hərəkətə keçib.
Fanat.Az tanınmış insayder Yağız Sabuncuoğluna istinadən xəbər verir ki, "Cim-Bom" "Everton" formasını geyinən gənc yarımmüdafiəçi Tim İroeqbunamın transfer şərtləri ilə maraqlanıb.
İngiltərə təmsilçisi 23 yaşlı mərkəz oyunçusu üçün rəsmi olaraq 20 milyon avro bonservis haqqı tələb edir.
Gənc ingilis futbolçu ötən mövsüm "Everton" heyətində 29 Premyer Liqa matçına çıxıb, 3 asist edib və 9 sarı vərəqə alıb.