
Bir dövrlər Avropa futbolunun ən böyük gənc istedadlarından biri hesab olunan və karyerasında bir çox eniş-yoxuşlar yaşayan Emre Morun yeni komandası və gələcəyi bəlli olub.
Fanat.Az "Voetbal International" nəşrinə istinadən xəbər verir ki, türkiyəli hücumçu Niderlandın "Neymegen" klubunda qalmağa qərar verib.
Bir müddətdir davam edən danışıqlar müsbət yekunlaşıb və futbolçuya 2 illik yeni müqavilə təklif olunub.
Xatırladaq ki, Emre Mor daha əvvəl karyerası ərzində "Borussiya Dortmund" və "Qalatasaray" kimi nəhəng klubların da şərəfini qoruyub.