
Türkiyə Super Liqasında növbəti mövsüm üçün iddialı heyət qurmaq istəyən "Qalatasaray" transfer bazarını alt-üst edəcək tarixi addımlara hazırlaşır. İstanbul təmsilçisi dünya futbolunun nəhəngi "Real Madrid"in üç ulduz oyunçusunu eyni anda siyahısına daxil edib.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray" rəhbərliyi "Real Madrid" forması geyinən Federiko Valverde, Brahim Dias və Franko Mastantuono kimi ulduz futbolçuların transfer şərtləri ilə yaxından maraqlanmağa başlayıb.
Madrid klubunun orta xəttinin əvəzedilməz siması olan Federiko Valverde, hücum xəttində kreativliyi ilə seçilən Brahim Dias və "kral klubu"nun gələcək vədlərindən olan gənc istedad Franko Mastantuononun adları "cim-bom"un əsas hədəfləri sırasındadır.
"Sarı-qırmızılılar"ın bu ulduzların transferi və ya icarə şərtləri üçün Madrid klubu ilə ilkin təmaslara başladığı və transfer pəncərəsinin ən səs-küylü əməliyyatını reallaşdırmaqda israrlı olduğu bildirilir.
Kamil Xudiyev