
Transfer bazarının səs-küylü klublarından olan "Qalatasaray"da böyük bir əməliyyatın startı verilib.
Fanat.Az xəbər verir ki, "cim-bom"un məşhur transfer vasitəçisi və meneceri Corc Qardi İspaniya millisi ilə Avropa çempionu olan ulduz yarımmüdafiəçi Dani Olmonu "Qalatasaray"a gətirmək üçün rəsmi təmaslara başlayıb.
Bu barədə "Sözcü" qəzeti məlumat yayıb.
Tərəflər arasında ilkin şərtlərin müzakirə edildiyi və bu keçidin reallaşması üçün ciddi maliyyə qaynaqlarının dövriyyəyə salınacağı iddia olunur.