
"Barselona"nın ispan hücumçusu Ferran Torres karyerasında yeni səhifə açmağa çox yaxındır. Ulduz futbolçu Fransa nəhəngi PSJ ilə şəxsi müqavilə şərtlərində tam razılığa gəlib.
Fanat.Az tanınmış insayder Nikolo Skiraya istinadən xəbər verir ki, Torres Paris klubu ilə 2031-ci ilə qədər qüvvədə olacaq uzunmüddətli müqavilə şərtlərini qəbul edib. Fransa təmsilçisinin transferi rəsmiləşdirmək üçün yaxın günlərdə "Barselona"ya rəsmi təklif göndərəcəyi gözlənilir.
Kamil Xudiyev