
“Bayern Münhen” rəhbərliyi ilə komandanın fransalı vingeri Maykl Olise arasında gələcəklə bağlı mühüm görüşün Dünya Kubokundan sonra keçirilməsi planlaşdırılır.
Fanat.Az-ın tanınmış insayder Fabris Hokinsə istinadən verdiyi məlumata görə, “Real Madrid” futbolçunun vəziyyətini diqqətlə izləyən klublar sırasındadır.
Bildirilir ki, Madrid təmsilçisinin prezidenti Florentino Peres Olisenin oyun üslubunu yüksək qiymətləndirir. Əgər fransalı futbolçu gələcəkdə “Real Madrid”ə keçid variantına müsbət yanaşarsa, transfer danışıqları qısa müddətdə sürət qazana bilər.
“Bayern Münhen” hazırda 23 yaşlı futbolçunu satmağı planlaşdırmır. Bununla belə, Almaniya çempionunun 200 milyon avronu aşan təklif qarşılığında məsələyə yenidən baxa biləcəyi qeyd olunur.
Kamil Xudiyev