
"Mançester Yunayted"in müdafiəçisi Lisandro Martines İspaniya nəhənginə təklif olunub.
Fanat.Az xəbər verir ki, argentinalı mərkəz müdafiəçisinin xidməti "Atletiko Madrid" klubuna təqdim edilib.
Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone "dağıdıcı" oyun tərzi ilə seçilən həmyerlisini heyətinə qatmaq planını nəzərdən keçirir.
İspaniya klubunun yaxın günlərdə bu keçid üçün rəsmi addım atacağı gözlənilir.