
İtaliyanın "Latsio" klubu hücum xəttini təcrübəli oyunçu ilə gücləndirmək üçün Xames Rodrigesi hədəfə alıb.
Fanat.Az xəbər verir ki, "Minnesota Yunayted" ilə müqaviləsi başa çatan Kolumbiya millisinin kapitanı hazırda azad agent statusundadır.
Yaradıcı yarımmüdafiəçinin 2026-cı il Dünya Kubokundakı uğurlu çıxışı yenidən Avropa klublarının ona olan marağını artırıb.
İtaliya təmsilçisi təcrübəli ulduzun transfer şərtlərini və mövcud vəziyyətini diqqətlə nəzarətdə saxlayır.