
"Atletik Bilbao"nun və İspaniya millisinin ulduz vingeri Niko Uilyams üçün İngiltərədə böyük "müharibə" başlayıb.
Fanat.Az xəbər verir ki, Londonun "Çelsi" və "Mançester Yunayted" klubları 24 yaşlı futbolçunun müqaviləsində yer alan 90 milyon avroluq xitam bəndini ödəyərək onu heyətlərinə qatmağa hazırdırlar.
Hər iki nəhəngin ispan ulduzu razı salmaq üçün astronomik maaş təklif etdiyi bildirilir.
Futbolçunun hansı klubu seçəcəyi isə bütün Avropa mediasının diqqət mərkəzindədir.