
Fransa Liqa 1 təmsilçisi "Anje" hücum xəttini gücləndirib.
Fanat.Az xəbər verir ki, klub Portuqaliyanın "Braqa" komandasından 25 yaşlı mərakeşli forvard Amin El Uazzanini heyətinə cəlb edib.
Müqavilənin şərtlərinə əsasən təcrübəli hücumçu mövsümün sonuna qədər icarə əsasında "Anje"nin formasını geyinəcək.
Mərakeşli futbolçunun yaxın günlərdə yeni komandasının düşərgəsinə qoşulacağı bildirilir.