
Fransanın "Monako" klubunda çıxış edən amerikalı hücumçu Folarin Baloqun üçün transfer yarışı pik həddə çatıb.
Fanat.Az xəbər verir ki, hazırda "Yuventus" futbolçunu heyətinə qatmaq üçün mübarizədə ilk sırada yer alır.
Lakin "Monako" rəhbərliyi 25 yaşlı forvardı üçün 50 milyon avro təzminat tələb edir.
Turin təmsilçisi ilə yanaşı "Borussiya Dortmund" və "Sanderlend" klubları da bu keçid üçün fürsət gözləyirlər.