
"Mançester Yunayted"in kapitanı Bruno Fernandes "Qalatasaray"ın transfer siyahısında ilk sıraya yüksəlib.
Fanat.Az "Milliyet" qəzetinə istinadən xəbər verir ki, "sarı-qırmızılılar" ingilislərə 35 milyon avro bonservis haqqı təklif etməyə hazırlaşır.
Portuqaliyalı ulduzun özünə isə 3+1 illik müqavilə və illik 15 milyon avro zəmanətli maaş nəzərdə tutulub.
Bonuslar və imic haqları ilə birlikdə bu qazancın 20 milyon avroya qədər yüksələ biləcəyi vurğulanır.