
Türkiyəli gənc istedad Arda Gülər Joze Mourinyunun rəhbərlik etdiyi "Real Madrid"də əsas heyətdə yer almaq üçün gərgin mübarizə aparır.
Fanat.Az "Diario AS" nəşrinə istinadən xəbər verir ki, keçən mövsüm Kilian Mbappe ilə əla anlaşan gənc futbolçu 14 məhsuldar ötürməsindən 8-ini fransalı ulduza verib.
Lakin Bernardo Silvanın komandaya gəlişi hücumameylli yarımmüdafiə mövqeyində rəqabəti xeyli artırıb.
Gənc futbolçunun yeni mövsümdə daha çox forma şansı tapmaq üçün məşqlərdə ciddi əzmkarlıq göstərdiyi vurğulanıb.