
İngiltərənin "Arsenal" klubu hücum xəttini "Real Sosyedad"ın ulduz futbolçusu ilə gücləndirmək variantını nəzərdən keçirir.
Fanat.Az "365scores" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi Mikel Oyarzabalın adını transfer siyahısına daxil edib.
Xulian Alvares hələ də klubun əsas hədəfi olaraq qalsa da, ispan vingerin də İngiltərəyə keçidə isti baxdığı vurğulanır.
Müqaviləsində 75 milyon avroluq xitam bəndi olan futbolçunun transferi ilə bağlı yaxın günlərdə rəsmi addımların atılması gözlənilir.