
Kriştianu Ronaldu beynəlxalq karyerasını bitirdikdən sonra Portuqaliya milli komandasında ciddi tənəzzül gözlənilir.
Fanat.Az "GOAL" nəşrinə istinadən xəbər verir ki, ekspertlər komandanın həm diqqət mərkəzindən düşəcəyi, həm də kommersiya gəlirlərinin azalacağı ilə bağlı xəbərdarlıq ediblər.
Aparıcı marketinq mütəxəssislərinin fikrincə, federasiya ulduz futbolçu getmədən əvvəl uzunmüddətli strategiya hazırlamalıdır.
Qeyd olunur ki, 5 dəfə "Qızıl top" mükafatçısının gedişi futbol strukturlarına təsir göstərəcək.