
"Atletik Bilbao"nun ulduzu Niko Uilyamsın transferi uğrunda Premyer Liqa nəhəngləri arasında gərgin mübarizə başlayıb.
Fanat.Az jurnalist Ekrem Konura istinadən xəbər verir ki, "Arsenal" əsas namizəd olsa da, "Liverpul" da yarışa daxil olub.
İspaniyalı vingerin müqaviləsində 90 milyon avroluq sərbəstqalma məbləği əks olunub.
İddia olunur ki, London klubu Morqan Rocersin "Çelsi"yə transferindən sonra bu transferdə təzyiqi daha da artırıb.