
"Arsenal" yay transfer pəncərəsində növbəti böyük addımını atmağa hazırlaşır.
Fanat.Az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, London təmsilçisi Bruno Gimarayeşlə şəxsi müqavilə şərtlərini tam razılaşdırıb.
"Topçular" "Nyukasl Yunayted" yarımmüdafiəçisi üçün 82 milyon avroluq yeni rəsmi təklif hazırlayıb.
Klub rəhbərliyi transferi qısa zamanda yekunlaşdırmaq niyyətindədir.