
Cənubi Koreya millisinin və "Los Anceles"in hücumçusu Son Hyun Min ardıcıl üçüncü oyunda qol vurub.
Fanat.Az xəbər verir ki, 34 yaşlı futbolçu MLS-də "Kanzas Siti"yə qarşı ev oyununda komandasının qələbə qoluna imza atıb.
Görüş "Los Anceles"in 4:0 hesablı qələbə ilə başa çatıb.
Qeyd edək ki, Son Hyun Min MLS liqasında keçirdiyi 16 oyunda 3 qol və 8 məhsuldar ötürmə ilə seçilib.
Əlisahib İbrahimli