
İngiltərəli ulduz futbolçu Ceydon Sançonun karyerasını Qətərdə davam etdirmək ehtimalı yaranıb.
Fanat.Az xəbər verir ki, "Əl-Rayyan" klubu hücumameyilli yarımmüdafiəçiyə rəsmi transfer təklifi təqdim edib.
Qətər təmsilçisi təcrübəli futbolçunu heyətinə qataraq hücum xəttini ciddi şəkildə gücləndirməyi hədəfləyir.
Tərəflər arasında danışıqların yaxın vaxtlarda yekunlaşacağı və keçidin rəsmiləşəcəyi ehtimal olunur.