
İngiltərənin "Çelsi" klubu "Bornmut"un yarımmüdafiəçisi Aleks Skotu heyətinə qatmaq üçün mübarizəni davam etdirir.
Fanat.Az xəbər verir ki, "Bornmut"un London klubunun 64 milyon funt-sterlinqlik ilk təklifini rədd etməsindən sonra "zadəganlar" daha yaxşı bir təklif hazırlamağı planlaşdırır.
22 yaşlı futbolçunun transferi London təmsilçisi üçün prioritet hədəf hesab olunsa da, qarşı tərəf danışıqlarda çətinlik yaradır.
"Çelsi" rəhbərliyinin gənc ulduz üçün hansı məbləğə qədər qalxacağı futbol ictimaiyyətinin diqqət mərkəzindədir.