
"Mançester Yunayted"in kapitanı Brunu Fernandeş meydandan kənardakı gəlirləri ilə diqqət mərkəzinə düşüb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi yalnız 2024/25 mövsümündə imic hüquqlarından 9.2 milyon funt-sterlinq qazanıb.
Məlumata görə, təcrübəli futbolçunun kommersiya portfelinə "Nike", "DHL" və "EA Sports" kimi dünya şöhrətli markalarla böyük tərəfdaşlıqlar daxildir.
Bu göstərici portuqaliyalı ulduzun futbol dünyasındakı yüksək marka dəyərini bir daha sübut edir.