
Portuqaliyalı superulduz Kriştianu Ronaldu "Əl-Nəsr"ə keçəndən bəri maliyyə rekordlarını alt-üst etməkdə davam edir.
Fanat.Az xəbər verir ki, təcrübəli hücumçu Səudiyyə Ərəbıstanında indiyədək maaş və bonuslar daxil olmaqla təxminən 625 milyon avro qazanıb.
Bu məbləğə onun 595 milyonluq baza məvacibi ilə yanaşı, vurduğu qollar, ötürmələr və titullara görə aldığı bonuslar da daxildir.
41 yaşlı ulduz bu göstərici ilə futbol tarixinin ən çox qazanan oyunçusu ünvanını möhkəmləndirib.