
İngiltərə Premyer Liqası təmsilçisi "Fulhem" heyətini yeni gənc istedadla gücləndirmək niyyətindədir.
Fanat.Az insayder Matteo Morettoya istinadən xəbər verir ki, London klubu "Real Madrid"in yarımmüdafiəçisi Sesar Palasiosun transferi üçün "Kral Klubu" ilə danışıqları yekunlaşdırmaq üzrədir.
Tərəflər arasında razılığın əldə olunması üçün son təfərrüatlar müzakirə olunur.
İspaniyalı gənc oyunçunun karyerasını Dumanlı Albionda davam etdirməyə müsbət yanaşdığı bildirilir.