
"Real Madrid"in böyük ümidlər bəslədiyi argentinalı gənc ulduz Franko Mastantuononun gələcək karyera xəritəsi bəlli olmağa başlayır.
Fanat.Az xəbər verir ki, "kral klubu" gənc oyunçunun "River Pleyt"ə qayıtmasını deyil, Avropa klublarından birinə icarəyə verilərək təcrübə toplamasını istəyir.
17 yaşlı yarımmüdafiəçi ilə İtaliyanın "Fiorentina" və "Roma" klubları yaxından maraqlanır.
Bundan əlavə, Fransa və İspaniya çempionatlarının bir neçə iddialı təmsilçisi də gənc istedadı icarəyə götürmək üçün "Real Madrid"in qapısını döyür.