
İngiltərə çempionu "Mançester Siti" heyətini yeni ehtiyat qapıçı ilə gücləndirmək üçün hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, "şəhərlilər" Ceyms Traffordu əvəzləmək üçün "Marsel"in argentinalı qolkiperi Xeronimo Rullini transfer etmək istəyirlər.
32 yaşlı təcrübəli əlcək sahibi Premyer Liqa nəhənginə keçməkdə olduqca maraqlıdır.
Fransanın "Olimpik Marsel" klubu da İngiltərə təmsilçisinin argentinalı qapıçıya olan rəsmi marağından artıq xəbərdardır.