Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

İngiltərə Premyer Liqası klubları aşağı liqa təmsilçilərini sevindirəcək tarixi qərara yekdilliklə imza atıblar.

Fanat.Az "Guardian"a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçiləri önümüzdəki 10 il ərzində EFL klublarına əlavə 1.5 milyard funt-sterlinq vəsaitin bölüşdürülməsini təsdiqləyiblər.

Razılaşmaya həmçinin böhran içində olan klublar üçün xüsusi xilasedici finans fondu da daxil edilib.

Yekun təsdiq üçün EFL rəhbərliyinə göndərilən bu layihə İngiltərə futbol piramidasının maliyyə sabitliyini qorumağı hədəfləyir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər