
"Ayaks"ın vingeri Mika Qodts karyerasını Avropa nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, cinah hücumçusunun xidmətində PSJ maraqlıdır. Mənbə tərəflərin danışıqlara başladığını vurğulayıb.
21 yaşlı belçikalı ötən mövsüm "Ayaks"ın heyətində bütün turnirlərdə 44 matça çıxaraq 17 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Amsterdam təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Qodtsun transfer qiymətini 35 milyon avro məbləğində dəyərləndirir.
Nihat