
İngiltərənin "Nyukasl Yunayted" klubunun gənc sol cinah müdafiəçisi Lyuis Hollun gələcəyi böyük maraq doğurur.
Fanat.Az insayder Ben Ceykobsa istinadən xəbər verir ki, gənc futbolçu komandadan ayrılmaq istəsə, "Mançester Yunayted" onu transfer etmək üçün ilk sırada olacaq.
"Qırmızı şeytanlar" sol cinah müdafiə xəttindəki problemləri həll etmək üçün ingilis oyunçunu əsas hədəf seçiblər.
"Nyukasl"ın bu potensial transferə necə reaksiya verəcəyi isə yaxın günlərdə bəlli olacaq.