
İspaniyanın "Atletik Bilbao" klubu təcrübəli müdafiəçi Aymerik Laportun transferi ilə bağlı mövqeyini rəsmən bəyan edib.
Fanat.Az "AS"a istinadən xəbər verir ki, Bask təmsilçisi İspaniya millisinin stoperinə 80 milyon avro qiymət qoyub və bu məbləğdən aşağı danışıq aparmaq niyyətində deyil.
Futbolçu ilə yaxından maraqlanan "Barselona"nın idman direktoru Deko hətta Dünya Çempionatı zamanı Laportu canlı izləmək üçün şəxsən səfər etmişdi.
Lakin "Atletik"in qoyduğu bu yüksək transfer qiyməti Kataloniya klubunun işini ciddi şəkildə çətinləşdirir.