
İtaliyanın "Atalanta" klubunun gənc mərkəz müdafiəçisi Ciorcio Skalvini İngiltərə nəhənglərinin radarına düşüb.
Fanat.Az xəbər verir ki, "Nyukasl Yunayted" və "Tottenhem Hotspur" 22 yaşlı futbolçunun nümayəndələri ilə rəsmi əlaqə yaradıblar.
Təcrübəli stoper üçün hər iki İngiltərə təmsilçisi transfer pəncərəsində mübarizə aparmaq niyyətindədir.
İtaliya millisinin də formasını geyinən Skalvininin karyerasını Premyer Liqada davam etdirməyə müsbət yanaşdığı bildirilir.