
“Real Madrid” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrini transfer edə bilməyəcəyi halda əsas alternativ kimi Martin Zubimendini müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, ispaniyalı futbolçunun gələcəyi son günlər yenidən müzakirə mövzusuna çevrilib.
Məlumata görə, Zubimendi agentlərinə “Real Madrid” və “Barselona” ilə danışıqları bərpa etməyi tapşırıb.
Qarşıdakı günlərdə tərəflər arasında yeni təmasların baş tutacağı gözlənilir.