
İspaniya La Liqasında çıxış edən "Rayo Valyekano" transfer bazarında böyük bir addım atmağa hazırlaşır.
Fanat.Az "TV Publica"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi azad agent statusunda olan təcrübəli hücumçu Mauro İkardini heyətinə qatmaqda ciddi şəkildə maraqlıdır.
33 yaşlı Argentinalı forvardın sevgilisi Çina Suares ilə birlikdə artıq Madriddə yaşamaq üçün ev axtarışlarına başladığı bildirilir.
İspaniya klubunun rəhbərliyi bu səs-küylü transferi qısa müddətdə rəsmiləşdirərək azarkeşlərinə böyük sürpriz etməyi planlaşdırır.