
İngiltərənin "Arsenal" klubu hücum xəttini gənc ulduzla gücləndirməyi hədəfləyir.
Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi "İnter"in 21 yaşlı hücumçusu Pio Espositonu transfer etmək niyyətindədir.
"Topçular" gənc forvardı aylardır ki, yaxından izləyir və onun oyununu yüksək qiymətləndirir.
İtaliya klubu futbolçunu ictimaiyyətə "toxunulmaz" kimi təqdim etsə də, pərdəarxasında onun transfer qiymətini təxminən 73 milyon funt-sterlinq olaraq müəyyənləşdirib.