
UEFA Avropa futbolunda video-köməkçi hakim (VAR) sisteminin tətbiqi ilə bağlı köklü və inqilabi dəyişikliklərə hazırlaşır.
Fanat.Az Fransanın köklü "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, qitə futbol qurumu hakimlik qərarlarında sabitliyi və şəffaflığı təmin etmək məqsədilə 150-dən çox hakimlik ssenarisini özündə birləşdirən "Clear Line" (Aydın Xətt) adlı yeni platformanı istifadəyə verir.
Yeni qaydalara əsasən, VAR bundan sonra yalnız və yalnız aşkar, müzakirəsiz hakim səhvləri zamanı oyuna müdaxilə edə biləcək. Mikroskopik və mübahisəli epizodlar üçün müdaxilələrə tamamilə son qoyulur və meydandakı baş hakim yenidən yeganə qərarverici qüvvəyə çevrilir.
UEFA-nın bu yanaşması FİFA-nın son Dünya Çempionatında tətbiq etdiyi sistemdən kəskin şəkildə fərqlənir və futbolun təbii dinamikasını bərpa etməyi hədəfləyir.