
"Qalatasaray" transfer pəncərəsinin bağlanmasına az qalmış dünya futbolunu şoka salacaq bir addım atıb.
Fanat.Az tanınmış jurnalist Florian Plettenberqə istinadən xəbər verir ki, İstanbul təmsilçisi ulduz hücumçusu Viktor Osimhen üçün gələn fantastik transfer təklifini birbaşa geri çevirib.
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunu təmsil edən vasitəçilər nigeriyalı bombardir üçün "cim-bom"a düz 130 milyon avroluq təklif təqdim ediblər. Lakin Türkiyə çempionunun rəhbərliyi mövqeyini qəti şəkildə ortaya qoyaraq, Osimhenin toxunulmaz olduğunu və heç bir transfer danışıqlarına başlamayacaqlarını elan edib.
130 milyonluq bu rədd cavabı Türkiyə futbol tarixinin ən böyük maliyyə qərarlarından biri kimi qiymətləndirilir.