
İngiltərə Premyer Liqasında mövsümün ən diqqətçəkən gənc ulduzlarından biri olan Cek Hinşelvud üçün nəhənglərin savaşı başlayıb.
Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" "Brayton"un 21 yaşlı yarımmüdafiəçisini heyətinə qatmaq üçün yarışda öndədir.
London klubu futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb və rəsmi təklif hazırlamağa başlayıb.
Oyunçu ilə "Mançester Yunayted" və "Mançester Siti" də yaxından maraqlanır. "Brayton"un bu transfer üçün 43-51 milyon funt-sterlinq civarında təzminat tələb edəcəyi və satmağa razı ola biləcəyi bildirilir.