İsveçli ulduz "Barselona"ya təklif edildi

İsveçli ulduz "Barselona"ya təklif edildi

Hücum xəttini gücləndirmək istəyən "Barselona"nın gündəminə gözlənilməz bir isim gəlib.

Fanat.Az xəbər verir ki, "Arsenal"ın və İsveç milli komandasının hücumçusu Viktor Dyökereş Kataloniya klubuna transfer olunmaq üçün ciddi cəhdlər göstərir.

27 yaşlı futbolçu "Barselona"ya keçməkdə olduqca israrlıdır. Məlumata görə, isveçli hücumçu öz xidmətlərini hər gün müntəzəm olaraq Kataloniy təmsilçisinə təklif edir və transferin baş tutması üçün tərəflərə təzyiq göstərməyə davam edir.

"Barselona" rəhbərliyinin bu gözlənilməz həmləyə və hücumçunun təklifinə necə cavab verəcəyi isə hələlik böyük maraq doğurur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər