"Sanderlend" Katamo üçün rekorda hazırlaşır

"Sanderlend" Katamo üçün rekorda hazırlaşır

"Sanderlend" klubu "Sportinq"in vingeri Jeni Katamonun transferi üçün mübarizəni sürətləndirib.

Fanat.Az "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi futbolçunun müqaviləsində yer alan 60 milyon avroluq sərbəstqalma maddəsini aktivləşdirməyə hazırdır.

25 yaşlı Mozambik əsilli futbolçu bu keçiddə maraqlıdır və şəxsi şərtlər üzrə danışıqlar uğurla davam edir.

Təxminən 51 milyon funt-sterlinqə başa gələcək bu transfer "Sanderlend"in 27 milyonluq hazırkı transfer rekordunu darmadağın edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər