
"Liverpul" heyətini Yankuba Minte ilə gücləndirmək üçün növbəti rəsmi addımını atıb.
Fanat.Az David Ornşteynə istinadən xəbər verir ki, "Brayton" mersisaydlıların 22 yaşlı vinger üçün təklif etdiyi 50 milyon funt-sterlinqlik məbləği rədd edib.
Qambiyalı futbolçu bu ayın əvvəlində "Roma"ya qarşı keçirilən yoldaşlıq matçında sağ ayağından zədələnərək əməliyyat olunub və hazırda yaşıl meydanlardan kənardadır.
Zədəli olmasına baxmayaraq, klubların razılığa gələcəyi təqdirdə Minte özü "Liverpul"a keçməkdə maraqlıdır.